Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8287
az

Tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklər - SİYAHI

10:4926 Dekabr, 2018
1213
TİBB
  • A
 2019-cu ildən etibarən bütün respublika ərazisində İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. Bu fəaliyyətin icrası üçün isə artıq yeni "TƏBİB” adlı agentlik yaradılıb. Əhalini düşündürən suallar arasında icbari sığortaya hansı xəstəlik və müayinələrin daxil olması da var.

Xüsusilə də vətəndaşları müalicəsi həddən artıq baha olan onkoloji xəstəliklərin də bu siyahıya daxil olub-olmaması düşündürür.

Oxu24.com   xəbər verir ki, 2020-ci ilin yanvar ayından başlayaraq Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox tibbi qurumlar və xəstəxanalar TƏBİB agentliyinin tərkibinə  daxil ediləcək.

Bu müəssisələrin tam siyahısı isə yaxın zamanlarda təsdiqlənəcək. Hər kəs its.gov.az saytına daxil olmaqla  İTS-nın baza paketində qeyd edilən 1829 adda tibbi xidmətlə tanış ola bilər:

Vətəndaşlara göstəriləcək tibbi xidmətlərin bir hissəsi:

- Təcili və təxirəsalınmaz tibbi yardım – 6 növ xidməti

- İlk tibbi yardım – ailə həkimi – 18 növ xidməti

- Ambulator müayinə və müalicə - 480 növ xidmət

- Stasionar müalicənin 677 növü

- Funksional – diaqnostika müayinəsi – USM, KT, MRT, retngen və s.

- Fizioterapevtik xidmətlər – 23 növü

- Laborator xidmətlər – 459 növü

- Cərrahi əməliyyatlar, bunlardan bahalı açıq və qapalı ürək-damar, koxlear implantasiya və s.

Eyni zamanda bu siyahıya hamiləlik, doğum, təcili vaksinasiya, planlı vaksinasiya, təqvimə görə uşaq peyvəndləri, dispanser müşahidələri də daxil ediləcək.

- Dövlət proqramlarına daxil olan onkoloji xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri və s. kimi xəstəliklər üçün dövlət büdcəsindən vəsait ayrıldığı üçün onlar sığorta paketinə daxil olunmayıb. Bu dövlət layihələrinin müddəti bitdikdən sonra onlar da daxil ediləcək.

- İşsizlər, təqaüdçülər, uşaqlar, sosial təminatsız ailələr dövlət hesabına sığortalanacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı