Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82869
az

Paşinyan yeni hiyləyə əl altdı – “Bakıya göndərdiyi mətndə...”

23:3916 Fevral, 2023
255
SİYASƏT
  • A

"Paşinyan və beynəlxalq aləmi hər dəfə başa salmaq lazımdır ki, Qarabağdakı separatçılar tərksilah və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq".

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı son açıqlamasına diqqət çəkib:

"Ermənistan hökumətinin Bakıya göndərdiyi sülh sazişinin mətnində yenə Qarabağla bağlı bənd varsa, bu dəfə də heç nə alınmayacaq. Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransına gedəcək və orada özünü "sülhpərvər" kimi göstərməyə çalışacaq. Paşinyanın Münhendə arqumenti bu olacaq ki, "sülh təklifləri"nə Bakıdan cavab gözləyir.

Təsadüfi deyil ki, İrəvan mətni keçmiş həmsədr dövlətlərə - ABŞ, Fransa və Rusiyaya da göndərib. Paşinyan beynəlxalq aləmin diqqətini cəlb etmək məqsədilə başqa bir hiyləyə də əl atıb. "Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır" fikrini yaymağa başlayıblar.

Paşinyan və beynəlxalq aləmi hər dəfə başa salmaq lazımdır ki, Qarabağdakı separatçılar tərksilah və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ