Quran kimi müqəddəs bir kitabın yandırılmasını utancverici hərəkət sayıram.
OXU24.COM APA-ya istinadən bildirir ki, bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
"Quranın yandırılmasının Türkiyədə çox ciddi reaksiyalara səbəb olması barədə məlumatım var. Və bu reaksiyaları anlayışla qarşılaşıram. Mən şəxsən belə bir müqəddəs kitabın yandırılmasını utancverici əməl sayıram. Türkiyədəki və dünyadakı müsəlmanların hiddətini başa düşürəm və bu səbəbdən də bu addımı qınayıram. Həmçinin düşünürəm ki, İsveçrə hökumətinin bu və bu kimi əməllərin qarşısını alması zəruridir", - o deyib.
Oxu24.com
ŞƏRHLƏR