Türkiyədə zəlzələdən zərər görən 216 347 nəfər təbii fəlakət bölgəsindən digər rayonlara təxliyə edilib.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, yaşadıqları ərazini tərk etmək məcburiyyətində qalan sakinlərin bəziləri divarlara öz ürək sözlərini yazaraq bölgədən gediblər.
Bu cür yazılara Hatay, Malatya və Kahramanmaraşda rast gəlinib. Yazılar içərisində "Ümidini itirmə, geri dönəcəyik" kimi mesajlar diqqət çəkib.
ŞƏRHLƏR