Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82842
az

Paşinyan qapalı görüş keçirdi, sülh sazişini müzakirə etdi

10:5016 Fevral, 2023
105
  • A
Paşinyan qapalı görüş keçirdi, sülh sazişini müzakirə etdi Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə qapalı görüş keçirərək Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişinin mətnini müzakirə edib. Oxu24.com xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Ermənistanın “Joxovurd” qəzeti yayıb. Ətraflı Qəzet yazır ki, rəsmi olaraq yayılan məlumatda görüş zamanı yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərin müzakirə edildiyi qeyd olunub: “Lakin görüş zamanı, həmçinin Azərbaycanla sülh sazişinin mətni də müzakirə olunub. Paşinyan və partiya nümayəndələri bu məsələ barədə fikir mübadiləsi aparıblar. Bundan sonra isə Paşinyan bildirib ki, danışıqları mümkün qədər tez bir zamanda başa çatdırmaq, eləcə də Türkiyə ilə münasibətləri nizamlamaq lazımdır”. Qeyd edək ki, sözügedən qapalı görüş fevralın 14-ü baş tutub və görüşün detalları açıqlanmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək
Rusiyada kimyəvi maddələr müəssisəsində PARTLAYIŞ
Putin Pakistana enerji tədarükünü müzakirə edib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı