Əfqanıstanlı riyaziyyatçı Sediq Əfqan təbii fəlakətləri hələ 2015-ci ildə proqnozlaşdırdığını və üç ay əvvəl Türkiyənin şərq hissəsinin zərbə alacağını dəqiqləşdirdiyini söyləyib.
OXU24.COM xəbər verir ki, bu barədə Sediq Əfqan rusiyalı jurnalist Andrey Malaxova müsahibəsində bildirib.
"Onlar məndən qorxurlar, çünki xüsusi düsturun köməyi ilə onların bütün sirlərini aça bilərəm. Bizim dünyamızda insanlığa qarşı işləyən xüsusi bir komitə var. Onların bütün dünyaya rəhbərlik etdikləri xəbəri dəhşətli ola bilər, lakin hər kəsi təhlükə qarşısında cəsarətli olmağa çağırıram", - alim qeyd edib.
S.Əfqan əmindir ki, baş verənlər "insan işidir". O, hesablamalarının özünü doğrultduğunu da bildirib.
"Yerə 14.000 km dərinlikdə bomba atıldı və partladı. Mən heç vaxt sübut olmadan açıqlama vermirəm, həmişə riyazi hesablamalarıma güvənirəm. Çoxsaylı türk telekanalları ilk sarsıntılardan bir neçə dəqiqə əvvəl səmada görünən qəribə "uçan obyektlər"lə bağlı süjetlər yayımlayırdı", - riyaziyyatçı əlavə edib.
Sediq əmin edir ki, başqa sivilizasiyaların nümayəndələri ilə, məsələn, yadplanetlilərlə görüşmək mümkündür, lakin onların "humanoid" olacağını gözləməyə dəyməz: "Bütün kainatda biz yeganə hissiyyatlı varlıqlarıq".
Riyaziyyatçı bütün il üçün proqnozunu gizlətməyib.
"2023-cü il 2022-ci ildən daha təhlükəli və stresli olacaq. İl boyu dünya gücləri arasında atom şantajı davam edəcək, lakin mən hamını əmin etmək istəyirəm: hər şey yalnız təhdidlər səviyyəsində qalacaq. Heç bir partlayış olmayacaq. Dönüş nöqtəsi iki ildən sonra, 2025-ci ildə olacaq. O zaman bütün dünya dəyişəcək. Öz proqnozlarımı sübut etmək üçün dini kitabları öyrəndim: İncil, Quran və s. Mən bu kitabları rəqəmlərlə araşdırmışam və əminliklə deyə bilərəm ki, mənim hesablamalarım bu müqəddəs kitablarda göstərilib", - Sediq söyləyib.
Oxu24.com
ŞƏRHLƏR