Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82822
az

Azərbaycanın bu əraziləri əsas seysmoloji həssas nöqtələr sayılır - AÇIQLAMA - VİDEO

01:0616 Fevral, 2023
183
CƏMİYYƏT
  • A

"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır".

OXU24.COM  xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisi seysmik cəhətdən aktiv zonadır və zəlzələ ocaqlarının sayı çoxdur.

Seysmoloq deyib ki, Bakıya yaxın olan ən güclü zəlzələ ocaqları Xəzər dənizində - Abşerondan cənubda 50-60 km aralıda yerləşir.

Bakıda zəlzələ baş verməsə də, Xəzər dənizində baş verən yeraltı təkanlar paytaxtda hiss edilə bilər.

Seysmoloq həmçinin qeyd edib ki, Türkiyədəki qırılma xətti Azərbaycandan keçmir. Ölkəmizdə zəlzələnin qırılma nöqtələri fərqlidir.

Qarabağ zonasında isə ən güclü zəlzələ ocağı Kəlbəcərdədir və bu ərazilərdə artıq seysmik stansiyaların quraşdırılmasına başlanıb. İlk belə stansiya Şuşanın yaxınlığında, Daşaltı kəndində qoyulacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ