Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu 15 yaşına çatmış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayışla bağlıdır.
Məlumat üçün qeyd edək ki, bu arayışda boyun ölçüsü, göz rənginin və qan qrupunun növü qeyd edilir.
Arayışın alınması üçün zəruri olan sənədlər doğum haqqında şəhadətnamə və valideyinlərdən birinin şəxsiyyət vəsiqəsidir.
Xidmət haqqı 4 manat təşkil edir.
Qeyd olunan arayış Asan Xidmətdə dərhal vətəndaşlara verilir.
Hazırladı:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR