Seyf əl-Adel “Əl-Qaidə” terror təşkilatının yeni lideri olub.
Oxu24.com xəbər verir ki, bu barədə Əfqanıstanın 1TV telekanalı BMT Təhlükəsizlik Şurasının “İslam Dövləti”nə (İŞİD) qarşı sanksiyalar üzrə komitəsinin hesabatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Seyf əl-Adel Misir vətəndaşıdır. Onun 62 yaşı var. O, hazırda İrandadır.
Əvvəllər Ayman əl-Zəvahiri 2022-ci il avqustun 2-də ABŞ tərəfindən ləğv olunduğu elan edilən Əl-Qaidənin lideri hesab olunurdu.
İyulun 31-də Kabildə terror təşkilatının lideri olduğu güman edilən evə pilotsuz təyyarədən iki Hellfire raketi atılıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR