Fövqəladə hal zamanı ilkin yardım üçün ehtiyat çantası çox vacibdir. Ona görə də bu cür çantalar hər evdə olmalıdır.
OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Vüsalə Zahirova bildirir ki, sözügedən vəziyyətlərdə çantanın yerləşdirildiyi otaq təhlükə altında deyilsə, onu götürərək yaşayış yerini tərk etmək lazımdır.
Bəs bu çantaya nələr qoyulur? Vüsalə Zahirova deyir ki, ehtiyat çantası istənilən formada ola bilər. İçindəkilər isə ailənin ehtiyacına uyğun dəyişir. Əgər körpə varsa, çantada uşaq bezləri, şəkər və ya digər xəstəlikləri olan şəxslər üçün isə lazımi dərman preparatları olmalıdır. Bundan başqa, çantaya vacib sənədlərin nüsxəsi, tibbi maska, simsiz radio və bir qədər pulun da qoyulması tövsiyə edilir.
Paytaxt sakinləri bu mövzuda məlumatlıdırmı?
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR