Kahramanmaraşda dağıntılar altında qalan Azərbaycan vətəndaşı var.
OXU24.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli deyib.
O bildirib ki, şəhərin mərkəzində və Elbistan deyilən rayonda iki nəfərin cəsədi tapılıb:
"Onların cənazəsi Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizə göndərilib. Hələ bir vətəndaşımız da dağıntılar altından çıxarılmayıb. Qızı ilə danışdım, Lida Qocayevə adlı qadındır. Ailə üzvləri də hazırda burdadır, onun axtarışları davam edir".
Həmran Əmirli qeyd edib ki, ümumilikdə Kahramanmaraşda 50-60-a yaxın azərbaycanlı tələbə, 10 yaxın ailə olub: "Zəlzələdən sonra onların hər biri ilə əlaqə saxlanılıb. Tələbələr və bəzi ailələr səfirliyimiz tərəfindən Kahramanmaraşdan təxliyə edilib".
Azərbaycanlı müəllim deyib ki, Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçək Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından 30 saatdan sonra sağ çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:
"Onun da müalicəsi şəhərdə olan xəstəxanaların birində davam etdirilir".
Oxu24.com
ŞƏRHLƏR