Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladlarını himayəsinə götürəcək.
OXU24.COM lent.az-a istinadən xəbər verir ki, müğənni "TikTok" hesabında açdığı canlı yayımda prodüserin həbs edilməsinə münasibət bildirib.
Danışarkən göz yaşlarını saxlaya bilməyən Rəqsanə deyib ki, bir müddət öncə barışdığı Təranənin uşaqlarına yazığı gəlir:
"Eşitdim ki, Təranənin problemləri, ehtiyacları var. Onunla danışırdım. Dedim ki, əlimdən gəldiyi qədər sənə kömək edəcəyəm. Amma bir az ağılla hərəkət etmək lazım idi. Ona, əsas da övladlarına yazığım gəlir. Bu gün onun övladlarını sığınacağa yerləşdirdim. Ordan gələndən bəri ağlayıram".
Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.
Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.
Oxu24.com
ŞƏRHLƏR