Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82748
az

Kanada Rusiyaya görə boks üzrə dünya çempionatlarını boykot edib

10:5915 Fevral, 2023
163
DÜNYA
  • A

Kanada Boks Federasiyası bu qadınlar və kişilər arasında keçiriləcək dünya çempionatından imtina edib.

Oxu24.com TSN-ə istinadən xəbər verir ki, bu barədə qurum prezidenti Rayan Oşi açıqlamasında bildirib.

O, Rusiya və Belarus idmançıları öz bayraqları altında turnirlərə buraxıldığı üçün bu addımı atdıqlarını söyləyib. Federasiya rəhbəri olimpiya idman növü kimi boksun gələcəyi ilə bağlı ciddi narahatlıqlarının olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ, Çexiya və İrlandiya da eyni addımı atıb. İngiltərə millisi isə qadınlar arasındakı mundiala qatılmaqdan imtina edib.

Bu il qadınların turniri martda Hindistanın paytaxtı Yeni Dehlidə, kişilərin yarışı isə mayda Özbəkistanın paytaxtı Daşkənddə gerçəkləşəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belarus Ukrayna ilə sərhəddə raket sistemlərini yerləşdirib
Çimərliklər hava hücumu xəbərdarlığı səbəbindən boşaldılıb
İranda seçkilərdə lider odur

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...