ABŞ silahlı qüvvələri Suriyada Amerika hərbi bazası ərazisində kəşfiyyat aparan İran istehsalı olan pilotsuz uçuş aparatını vurub.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidməti Twitter-də məlumat yayıb.
Məlumatda qeyd edilir ki, fevralın 14-də yerli vaxtla təxminən saat 14:30-da Suriyadakı ABŞ qüvvələri Suriyanın şimal-şərqində patrul bazası olan Konoko Missiyaya Dəstək Qurumu yaxınlığında kəşfiyyat aparmağa cəhd edən İran istehsalı olan İHA-nı vurub.
Hadisə ilə bağlı başqa təfərrüatlar verilməyib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR