ABŞ hökuməti Ukrayna ordusu üçün 522 milyon dollar (486 milyon avro) dəyərində artilleriya sursatlarının istehsalına dair sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu sərəncam iki müdafiə konserninə verilib.Bu müqavilə çərçivəsində istehsal olunan sursatın ilk partiyası mart ayında təhvil verilməlidir.
Bundan əvvəl, fevralın 13-də NATO-nun baş katibi Yens Stoltenberq qeyd etmişdi ki, Ukrayna ordusu hazırda Qərbdə istehsal oluna biləndən xeyli çox sursat istehlak edir.
"Ukrayna ordusunda sursat istehlakının hazırkı səviyyəsi bizim hazırkı istehsal tempimizdən dəfələrlə çoxdur.Ona görə də biz hasilatı artırmalı və istehsal gücünə sərmayə qoymalıyıq", - o deyib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR