Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya 65-ci günündə gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.
OXU24.COM xəbər verir ki, hava şaxtalı olsa da, aksiya iştirakçıları bu dəqiqələrdə fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən yüksək vətənpərvərlik əzmi nümayiş etdirir, ənənəvi şüarlarını səsləndirirlər.
Yol humanitar məqsədlər üçün tam açıqdır.
Ötən gün ərzində aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 72 avtomobil maneəsiz hərəkət edib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya ötən il dekabrın 12-də başlayıb.
Oxu24.com
ŞƏRHLƏR