Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə səfər edəcək.
Oxu24.com xəbər verir ki, Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, Mirzoyan zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan Ermənistanın xilasedici qrupu ilə görüşəcək.
Səfər çərçivəsində Mirzoyan Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR