Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub.
Oxu24.com-un məlumatına görə, Ceyranbatan su anbarında Sumqayıt şəhərinə gələn 600 mm-lik magistral su xəttinin Yaşıldərə yaşayış massivindən keçən hissəsində qəza baş verib.
Qəza ilə əlaqədar Sumqayıt şəhərində 1-ci mikrorayonun bir hissəsi, 2, 4, 5, 6, 11, 12, 13, 17-ci mikrorayonlarda, 5, 9, 34 və 45-ci məhəllələrə verilən içməli suyun verilişi dayandırılıb.
Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa ediləcək.
Oxu24.com
ŞƏRHLƏR