Albaniyada mövcud hökumətin minlərlə müxalifi ölkənin paytaxtı Tiranada etiraz aksiyası keçirib.
Etirazçılar iqtisadi problemlərə və hökumətin korrupsiyasına etirazlarını bildiriblər.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,nümayiş polislə kütləvi davaya çevrilib.
Fevralın 11-də Alban müxalifəti də Tiranada etiraz aksiyası təşkil edərək, ölkənin baş naziri Edi Ramanın istefasını tələb ediblər.
Minlərlə insan küçələrə çıxıb, müxalifət liderləri baş naziri ABŞ-ın keçmiş FTB zabiti Çarlz Makqoniqal ilə əlaqədə olmaqda ittiham edərək, izdihamla danışdılar. Aksiyanı 1000 polis müşayiət edib. Polis hadisələrlə bağlı araşdırmalara başlayıb.
Tərcümə:Nigar
Oxu24.com
ŞƏRHLƏR