Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82663
az

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 5 il həbs cəzası verilib

16:2814 Fevral, 2023
160
KRİMİNAL
  • A
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadəyə hökm oxunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. İttiham aktına görə, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, İ.Məmmədzadə barəsində oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarılmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ
Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı