Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82655
az

Rusiyada zəlzələ baş verib

12:3614 Fevral, 2023
121
DÜNYA
  • A

Seysmoloji xidmətlər bazar ertəsi axşam Rusiyanın Kemerovo vilayətinin Taştagöl rayonunda 3,1-4,1 bal gücündə 3 təkan qeydə alıb.

Oxu24.com xəbər verir  ki, bu barədə  Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin saytında məlumat verilib.

"Seysmik hadisə ilə bağlı operativ məlumat: enlik - 53,09, uzunluq - 87,66, maqnituda - 4,1, episentrdə silkələnmə intensivliyi - 5 MSK64 bal", - məlumatda deyilir.


Xidmətin məlumatına görə, zəlzələ bazar ertəsi Bakı vaxtı ilə saat 18:22 və ya yerli vaxtla saat 21:22-də baş verib. Bir az sonra 3,1 və 3,6 bal gücündə daha iki təkan qeydə alınıb.

Dağıntı və tələfat barədə əməliyyat xidmətlərinə məlumat daxil olmayıb.

Siberian Generating Company-nin mətbuat xidməti Tom-Usinskaya QRES-in zəlzələnin episentrindən 100 km aralıda olduğunu bildirib. Mütəxəssislər bina və tikililərə baxış keçirib, dağıntı aşkar edilməyib.

 

Tərcümə: Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makrona doğum günü "sürprizi": Fransa prezidentini çətin günlər gözləyir
Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ