ABŞ-da silahlı şəxs insanlara hücum edib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan Dövlət Universitetinin polisinin məlumatına görə, dünən gecə universitet şəhərciyinə silahlı hücum olub.
Yüzlərlə polis Şərqi Lansing şəhərciyində "qırmızı ayaqqabılı, cins pencək və papaqlı qısa, qara kişi" olduğu güman edilən şübhəlini axtarır.
Hücumda 3 nəfərin öldüyü, 5 nəfərin isə xəstəxanaya yerləşdirildiyi təsdiqlənib.
Polis şübhəlinin hücumdan sonra intihar etdiyini bildirib. Adı açıqlanmayan şübhəlinin hadisəni niyə törətdiyi məlum deyil.
Təxminən 50,000 tələbəsi olan Miçiqan Dövlət Universitetində dərslər də daxil olmaqla, bütün kampus fəaliyyətləri 48 saat ərzində ləğv edilib.
Tərcümə:Nigar
Oxu24.com
ŞƏRHLƏR