Rusiyada məşhur general özünü öldürüb.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Qolikovo kəndində Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, general-mayor Vladimir Makarovun meyiti tapılıb.
Mətbuatın məlumatına görə, Makarov intihar edib.
Həyat yoldaşı onu bağ evində tapıb. Bildirilir ki, qadın oğlundan təcili yardım çağırmasını istəyib. Gələn həkimlər zabitə kömək edə bilməyiblər.
Mərkəzi aparat rəhbərinin müavini vəzifəsində çalışan Vladimir Makarov yanvarda Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə tutduğu vəzifədən kənarlaşdırılıb.
İntiharın hansı yolla baş verməsi məlum olmasa da, məmurun evində odlu silahın saxlandığı qeyd edilib.
Tərcümə: Miri Məcidli
ŞƏRHLƏR