Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82605
az

Avropa Azərbaycan Məktəbi World Scholar’s Cup olimpiadasının Bakı turnirinə ev sahibliyi etdi

20:2713 Fevral, 2023
139
CƏMİYYƏT
  • A

28-29 Yanvar tarixində məhşurWorld Scholar's Cup beynəlxalq olimpiadasının növbəti turniri Bakıda, Avropa Azərbaycan Məktəbində təşkil edildi.

World Scholar's Cup hər il 15.000 tələbənin iştirakı ilə dünyanın 65-dən çox ölkəsində keçirilən komanda akademik proqramıdır.

Bakıda çoxsaylı məktəblərdən 1000-ə yaxın şagirdin iştirak etdiyi olimpiada müxtəlif yaş qruplarından olan məktəblilər üçün biliklərini, öyrəndiklərini nümayiş etdirmək və əyləncəli vaxt keçirmək üçün əlverişli platforma idi. 

İştirakçılar "Junior" və "Senior" qruplar olmaqla iki yaş kateqoriyası üzrə yarışırdılar.

İki gün davam edən tədbirin ilk günü iştirakçılar müxtəlif debatlarda öz fikir və düşüncələrini bölüşərək müzakirələr apardılar. Digər qrup isə "Collaborative Writing" fəaliiyətinə cəlb olunaraq onlar üçün təyin edilmiş tapşırıqları yerinə yetirdilər.

Tədbirin ikinci günündə Akt zalında toplaşan bütün iştirakçılara olimpiadanın rəmzi hesab olunan alpakalar paylanıldı. Daha sonra təşkil olunan kollektiv yarışda müxtəlif mövzular üzrə suallar təqdim olundu. Suallara düz cavab verən şagirdlər medal qazanmaq yolunda bir addım da irəliləmiş oldular.

Gün boyu müxtəlif fəaliyyətlərə cəlb olunan iştirakçılar "İstedad Şou" müsabiqəsində komanda yoldaşları ilə birlikdəşənləndilər və olduqca əyləncəli vaxt keçirdilər.

Tədbirin yekununda iştirakçıların səbirsizliklə gözlədikləri mükafatlandırma mərasimi baş tutdu. Şagirdlər iki günlük əməklərinin qarşlığı olaraq müxtəlif nominasiyalar üzrə qızıl, gümüş medal, kubok və "Xüsusi Mükafat" ilə təltif olundular.

Olimpiadada 146 şagird ilə təmsil olunan Avropa Azərbaycan Məktəbi ümumilikdə 223 qızıl, 295 gümüş və 2 komanda üzrə qızıl kubok qazanmışdır.

Yüksək nəticə nümayiş etdirən komandalar iyun ayinda Doha, iyul ayınd Seul və London, sentyabrda isə Banqkokda keçiriləcək Qlobal tunirlərdə iştirak etmək imkanı əldə etdilər. Qlobal turnirlərdə qalib gələn şagirdlər Amerikanın Yale Universitetində təşkil olunacaq filan mərhələsində iştirak edəcəklər. 

AAM-nin "Senior" kateqoriyasında yarışan komanda 2-ci yerə layq görüldü. Həmçinin, Avropa Azərbaycan Məktəbini təmsil edən komandalar beynəlxalq turnirdə iştirak etməyə haqq qazandılar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəyə dolu düşdü: bir sıra fəsadlar yaratdı
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu -FOTOLAR
Adil Kərimli Gədəbəydə vətəndaşları qəbul edəcək

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM