Hatayın Antakya rayonunda baş verən zəlzələdən sonra bir-birindən ayrı düşən ata və azyaşlı qızının günlər sonra görüşü gündəm olub.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, zəlzələdə həyat yoldaşı və 7 yaşlı oğlunu itirən Ahmet Ayan ilə 4 yaşlı qızı Qadə axtarış-xilasetmə işləri zamanı ayrı düşüblər.
Daha sonra ata müalicə üçün Adanaya aparılıb. Günlər sonra isə Qade İskenderundan Adanaya gətirilərək atası ilə qovuşdurulub. Onlar bir-birini gördükdə qucaqlayaraq ağlayıblar.
Oxu24.com
ŞƏRHLƏR