Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82595
az

Rusiya Dövlət Dumasının sədri Ermənistana xəbərdarlıq edib

18:2813 Fevral, 2023
95
DÜNYA
  • A

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistana Avropa strukturlarını regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdləri ilə bağlı xəbərdarlıq edib.

Oxu24/com xəbər verir ki, bu barədə Vyaçeslav Volodin bu gün Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

Dövlət Dumasının sədri deyib ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatlara əsaslanmalıdır: “Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları səviyyəsində qəbul edilmiş qərarları var. Biz bunu rəhbər tutacaq və öz tərəfimizdən bu bəyanatların həyata keçirilməsi üçün hər şey edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”.

Onun sözlərinə görə, Avropa Parlamentinə müraciət etməmişdən və bəzi məsələlərin həllinə bu qurumu cəlb etməmişdən əvvəl belə bir suala cavab verilməlidir: "Ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa ciddi məsələ və ya münaqişəli vəziyyət həll olunubmu? Belə bir nümunə yoxdur”.

V.Volodin vurğulayıb ki, buna görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və bunun necə bitəcəyini ölçüb-biçməlidirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar matəm elan edildi
Rəisinin ölməzdən öncə son fotosu
Hakan Fidan pakistanlı həmkarı ilə görüşdü

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi