Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin yaşadığı binada axtarışlar aparılır.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, artıq 8 gündür ki, xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadığı binada axtarışları davam etdirir.
Həmin binada axtarış-xilasetmə işlərini görən xilasedicilərdən biri Baku TV-yə verdiyi açıqlamada bildirib ki, binada heç bir canlının qalmadığı barədə məlumat alıblar: "Hər bir otağın ən dibinə qədər texnikalar işləyir. Çünki ancaq bundan sonra digər otaqlara keçmək mümkün olur. Nəşlərə zərər vermədən işlərə davam edirik. Ötən gün bir neçə pişik çıxardıq. AFAD artıq heç bir canlının qalmadığı məlumatını verəndən sonra işləri sürətləndirdik".
Oxu24.com
ŞƏRHLƏR