Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82565
az

Naxçıvanda saxlanılan şəxs döyülüb? - DİN-dən açıqlama

13:0813 Fevral, 2023
187
CƏMİYYƏT
  • A
Naxçıvanda polis tərəfindən saxlanılan şəxsin döyüldüyü iddia olunub. Oxu24.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, bir neçə gün öncə Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin feysbuk səhifəsində psixotrop maddələrin dövriyyəsində şübhəli bilinərək saxlanılan Vidadi İbrahimovun şəkli paylaşılıb. Şəkildə təqsirləndirilən şəxsin üzündə xəsarət izləri olduğu görünüb. Foto izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Babək rayon sakini Vidadi İbrahimovun yaxınları onun günahsız olduğunu, saxlanılarkən polislər tərəfindən döyüldüyünü, işgəncəyə məruz qaldığını iddia edib. Onlar V.İbrahimovun qaşının və burnunun üstündə, gözünün ətraflarında döyülmə əlamətlərinin olduğunu və nazirliyin paylaşdığı şəkildə bunun aydın şəkildə göründüyünü bildirib. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə iddiaları təkzib edib: “Vidadi İbrahimov narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq istintaqa cəlb edilib. Onun üzərindən 5.137 qram olan psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülüb. Onun üz nahiyəsində olan xəsarət polis orqanında olmayıb. Bununla bağlı istintaq materiallarında müvafiq qeydlər var. İddialar şəxsi mülahizələrdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə Nazirliyi təcili açıqlama yaydı
Azərbaycanda hərbi jurnalist vəfat edib
Telegram-da yeni funksiyalar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ