2018-ci ildə “Masterchef” yemək yarışmasının qalibi olan Uğur Kardaş həbs olunub.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, buna onun zəlzələ bölgəsində çəkdiyi video səbəb olub.
Belə ki, o, video çəkərək “İnşaatın altından cansız bədən çıxır, əfqanlı biri də gəlib onun qolunu kəsib qızıllarını götürür” ifadələrini işlədib. Onun bu çıxışı sosial şəbəkədə geniş yayılıb və narazılığa səbəb olub.
Uğur Kardaş qısa müddət sonra Adıyaman aeroportunda xalqa aldadıcı məlumatların açıq şəkildə yayılması ittihamı ilə saxlanılıb. O, ifadəsində iddiasını sübut edəcək faktın olmadığını bildirib. Məhkəməyə göndərilən “Masterchef” çempionu həbs olunub.
Oxu24.com
ŞƏRHLƏR