Türkiyədə sərnişin daşıyan avtobusun aşması nəticəsində 30 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Hüriyyet” məlumat yayıb.
Qeyd olunub ki, Kastamonuda Ankaradan Sinop istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün sükanı itirməsi nəticəsində qarşı zolağa keçərək aşıb.
Qəzada xəsarət alan yaralılar ətrafdakıların köməkliyi ilə xəstəxanalara aparılıb.
Oxu24.com
ŞƏRHLƏR