Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Şəhriyar kəndinin ərazisində qeydə alınıb.
Belə ki, rayonun Şəhriyar kənd sakini, 1970-ci il təvəllüdlü Qasımov Yaşar Şirin oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
Oxu24.com
ŞƏRHLƏR