İranda Mahsa Emini nümayişlərindən sonra həbs olunan və paytaxt Tehrandakı Evin həbsxanasına köçürülən jurnalist Elnaz Muhammedi zaminə buraxılıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,fevralın 5-də ifadə vermək üçün getdiyi paytaxt Tehranın Evin Prokurorluğunda həbs edilən “Hem Mihen” qəzetinin müxbiri Elnaz Muhammedi bu gün zaminə buraxılıb.
Muhammedinin həbsinin səbəbi ilə bağlı məlumat verilməsə də, onun həbsi sosial mediada reaksiyalara səbəb olub.
Qadın jurnalistin bacısı, həm də jurnalist olan Elahe Muhammedi ötən ilin sentyabrında ölümü ölkədə kütləvi nümayişlərə səbəb olan Məhsa Emininin dəfn mərasimindən reportaj hazırlamaq üçün Sakkıza gedib və daha sonra həbs edilib.
Elnazın bacısı Elahe Muhammedinin əri Səid Parsayi fevralın 9-da Twitter hesabında paylaşım edərək, “Elnaz Məhəmmədi bu gün azad etməli idi, amma çıxmadı. Ümid edirik ki, o, bazar günü ailəsinə qovuşacaq”.
İran Jurnalistlər Birliyi yanvarın 11-də verdiyi yazılı açıqlamada, təxminən 70 jurnalistin Mahsa Emini nümayişləri ilə əlaqəsi olduğu səbəbi ilə nəzarətə alındığını, bəzilərinin sərbəst buraxılmasından sonra məhbus jurnalistlərin sayının 28 olduğunu açıqlayıb.
22 yaşlı Mahsa Emini 2022-ci il sentyabrın 16-da İranın paytaxtı Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən nəzarətə alındıqdan və xəstələndikdən sonra xəstəxanaya aparıldıqdan sonra vəfat etdi.
17 sentyabr 2022-ci ildə Eminin ölümündən sonra məmləkəti Sakkızda başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrildi.
Ölkə daxilində aylarla davam edən nümayişlərdə 10 mindən çox insan saxlanılıb.
Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) yanvarın 9-da dərc etdiyi hesabatda Eminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 481 etirazçının həyatını itirdiyini bildirib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR