Bakıda ev yanıb, bir nəfərin meyiti aşkarlanıb
Bu barədə Oxu24.com-aFövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qismən yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təcili elan! İşçilər tələb olunur:Maaş 2000 azn+bonus
Oxu24.com
ŞƏRHLƏR