Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi proqramla işsiz və işaxtaran şəxslərin əmək bazarına daxil olmaq imkanları artırılıb.
Beləliklə, həm kurslarda iştirak edərək hər hansı peşəyə yiyələnmək, həm də aylıq məvacib əldə etmək mümkündür.
OXU24.COM xezerxeber.az-a istinadən bildirir ki, sənət öyrənmək istəyənlər Agentliyə müraciət etdikdən sonra işsiz statusu alaraq kurslara qatıla bilərlər.
Həmin kurslarından birinin rəhbəri Vüsalə Günəşovanın sözlərinə görə, təlimlər həftədə 5 dəfə olmaqla 3 saat keçirilir.
Vüsalə Günəşova bildirir ki, kursun sonunda imtahandan uğurla keçənlərin əksəriyyəti əmək bazarına cəlb olunur.
Kurslara qatılanlar da təlimlərin sonunda hər hansı peşəyə sahib olacaqlarına inandıqlarını deyirlər.
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Elşad Məhərov isə bildirir ki, kurslar həm Agentliyin tabeliyindəki mərkəzlərdə, həm də özəl tədris müəssisələrində təşkil olunur. Hazırlıqların müddəti 6 aydır və hər tələbəyə mimimum aylıq əməkhaqqı məbləği qədər, yəni 345 manat təqaüd verilir.
Kursu bitirənlər iş yerlərinə göndərilir və Agentlik onların müsahibələrə hazırlanması kimi məsələlərdə də dəstək göstərir.
Elşad Məhərov qeyd edir ki, 2022-ci ildə kurslara cəlb edilən 4 min 575 nəfərdən 2 min 827-si məzun olub və həmin şəxslərdən də 1752 nəfəri işlə təmin olunub.
"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik.
Oxu24.com
ŞƏRHLƏR