"Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra mənə ilk zəng edən də, Türkiyəyə ilk səfər edən də məhz qardaşım Ceyhun Bayramov oldu".
Oxu24.com-un xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bundan əvvəl baş verən hadisələrdə - Antalya və Muğla şəhərində baş verən yanğınlarda da olduğu kimi, imdadımıza ilk çatan ölkə can Azərbaycan idi: "Bu bir millət olduğumuzun, eyni zamanda sevincimizin və kədərimizin eyni olmasının göstəricisidir".
Oxu24.com
ŞƏRHLƏR