Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82404
az

90% İnsan Dəfnə Yarpağının İnsana Nələr Etdiyini Bilmir - İNANILMAZ TƏSİRLƏRİ

12:0811 Fevral, 2023
1142
MARAQLI
  • A

Çoxlarımız onu borş və şorabalara dad vermək üçün istifadə edir. Lakin onun dərman vasitəsi kimi faydasından çoxumuz xəbərsizik. Hamının evində olan olan bu ucuz şəfalı bitki hansı xəstəliklər zamanı istifadə olunur? Bu gün bir bax kanalında bunu biləcəksiniz.

Tərkibi A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium və maqnezium mineralları ilə zəngin olan dəfnə yarpağının yağı Bəlğəmgətiricidir. Ondan təngnəfəslik və bronxial astma xəstəliyində istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. 

Göbələk əleyhinə təsir edir – daxildən və xaricdən hansı nahiyədə göbələk varsa, dəfnə ilə vanna, dəmləməsini çəkmək olar.

Detoks, təmizləyicidir – qandan toksinləri, duzları, ağır metalları, şlakları, zəhərləri, dərman qalıqlarını çıxarır.

Təzyiqi salır, damarları genişləndirir, baş ağrısını azaldır. Güclü sakitləşdiricidir, yuxusuzluqla mübarizə etməyə kömək edir.

Xərçəng əleyhinə təsiri var – şiş hüceyrələrini məhv edir. İştahı artırır, həzmi asanlaşdırır, bağırsaqları təmizləyir.

Ürək-damar sistemini möhkəmlədir, damarları təmizləyir, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısı alınır.

Oynaqların iltihab, artroz, artrit zamanı yardım edir, ağrıları azaldır. 10 qr dəfnə yağı 100 qr iç yağı ilə qarışdırılır, revmatizm və oynaq ağrıları zamanı ağrıyan nahiyələrə sürtülür.

Qanda şəkərin səviyyəsini tənzimləyir. Şəkər xəstələri çay əvəzinə dəfnə yarpağı dəmləməsini içə bilərlər.

- Yarım litr suya 200 qr dəfnə yarpağı və 10 qr portağal qabığı əlavə edilərək 5 dəqiqə vam ocaqda qaynadılır, 10 dəqiqə ocaqdan kənarda dəmlənəndən sonra süzülür, balla qarışdırılır, həzmsizlik və iştahasızlıq zamanı hər dəfə yeməkdən qabaq 1 stəkan içilir.

- Dəfnə toxumlarının dəmlənilib içilməsi yaddaşı gücləndirir, bişirilməsi ilə vanna qəbul edilməsi sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində faydalıdır.

- 100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır, qrip və soyuqdəymə zamanı gündə 3 dəfə 1 stəkan qəbul edilir.

Kosmetoloji sahədə də bu bitkidən çox istifadə edilir.  Üzündə çivzə və qara nöqtələr olan dərini təmizləmək üçün 10 ədəd xırdalanmış quru dəfnə yarpağı üzərinə 1 stəkan araq əlavə edilir, 1 gün saxlanandan sonra süzülür və dərinin iltihablaşmış nahiyələrinə çəkilir. Gənclik sızanaqlarında da dəfnə sabunundan istifadə xeyirlidir.

Bundan başqa, dəfnə yarpağından hazırlanan şampun saç tökülməsinin qarşısını alır, saçlara yumşaqlıq və parlaqlıq verir.

Ağacdan yığılan meyvələr qazana tökülür, üzərinə su əlavə edilir, 2-3 saat vam ocaqda qaynadılır. Meyvələri suyun dibinə çökəndən sonra süzülür, yağın nisbi sıxlığı sudan yüngül olduğuna görə yağ suyun üzünə yığılır. Üstdə qalan yağ sudan ayrılır və saf dəfnə yağı əldə edilir.

Dəfnə sabunu saç tökülməsi və kəpəklənməni azaldır, dəriyə nəmləndirici və cavanlaşdırıcı təsir göstərir, antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir.

Dolablara və paltarların arasına qoyulanda təbii qoxusu və antiseptik xüsusiyyətləri həşəratların çəkilib getməsinə səbəb olur.

10 ədəd dəfnə yarpağı və 2 çubuq darçın 1 litr suya əlavə edilərək 10 dəqiqə qaynadılır və hər gün 1 stəkan içilir. Nəticə elə ilk həftədən hiss olunmağa başlayır. Çayın 1 ay içilməsi qarın piylərini əridir.

Kimlərə qəti olmaz?

– Qastrit, xora, 12 barmaq bağırsaq yaralarında

– Öddə və ya böyrəklərdə daş olduqda

– Qanı duru olanlara, trombosit pozulmasında

– Xroniki böyrək çatışmazlığı zamanı

– Hamilə qadınlara.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mandarin ördəyi haqda maraqlı FAKTLAR
Qadın ərini pişiyə görə məhkəməyə verdiö
WhatsApp-da yeni funksiyalar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ