Fevral ayının 10-da saat 12:05-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Xəlilov Şöhrət Oqtay oğlu dövlət sərhədini pozaraq 10 kiloqram 280 qram narkotik vasitə “marixuana”, 8 ədəd “metadon M-40” və 30 ədəd “namadol” həblərini ölkə ərazisinə keçirməyə cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR