İsrail İranın Suriyaya humanitar yardım adı altında göndərdiyi hər hansı silahı vurmaqdan çəkinməyəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Elaph” qəzetinə adı açıqlanmayan İsrail hərbi rəsmisi bildirib.
Mənbə əlavə edib ki, İranın böhrandan istifadə edərək Hizbullah və Suriyaya silah və hərbi texnika göndərmək niyyətində olduğunu göstərən kəşfiyyat məlumatları var.
Suriyada baş verən zəlzələdən bir neçə gün sonra humanitar yardım daşıyan bir neçə İran təyyarəsi yerə enib.
Jerusalem Post yazır ki, Hizbullah və İraqdakı İranın dəstəklədiyi silahlı qruplar da fəlakətdən sonra Suriyada humanitar səylərə qoşulub.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR