İran ötən ay İsfahan şəhərindəki hərbi obyektə pilotsuz təyyarə ilə hücumun "əsas günahkarlarının" həbs edildiyini açıqlayıb.
Oxu24.com-un İran mediasına istinadən xəbərinə görə, İran dövlət televiziyası Kəşfiyyat Nazirliyi və İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin birgə bəyanatına əsaslanaraq, yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinə aid obyektə hücumun əsas səbəbkarları müəyyən edilib, həbs olunması barədə məlumat yayıb.
Həbs edilən şəxslərin İsraillə qohumluq əlaqəsi olduğu iddia edilsə də, istintaqla bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətə açıqlanacağı bildirilib.
Wall Street Journal 29 yanvar tarixli xəbərində adı açıqlanmayan Amerika rəsmilərinə və hadisədən xəbəri olan insanlara istinadən hücumu İsrailin həyata keçirdiyini yazıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nournews” xəbər saytı İsfahandakı hücumda istifadə edilən təyyarənin İraqın şimalındakı separatçı kürd qrupları tərəfindən xarici bir ölkənin rəhbərliyi ilə ölkəyə gətirildiyini açıqlayıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR