Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82339
az

Sürücülər yük avtomobillərinə qoyulan qadağalara etiraz edirlər - VİDEO

16:5410 Fevral, 2023
102
CƏMİYYƏT
  • A
Abşeron rayonunda sürücülər idarə etdikləri yük avtomobillərinə qoyulan qadağalara etiraz edirlər. Onlar Baş Dövlət Yol Polisi İdarəsinin qarşısına toplaşaraq sənəddə (texniki pasportda) 59 ton çəki göstərildiyi halda, bunun 32 tona endirilməsini  düzgün hesab etmirlər.
 
OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülərin iddia edirlər ki, yük avtomobillərində hər oxa görə 8 tona icazə verilib. Bu da bir yük avtomobilində 4 ox olmaqla hesablanır. Belə olan halda apardıqları yük azalır və qazanc əldə edə bilmirlər. Onlar  avtomobillərdə yükə görə təyin olunan  çəkinin  ən azı iki ton qaldırılmasını isitəyirlər.
 
Şikayətçilər bildirirlər ki, bəzi sürücülər məcburiyyətdən artıq yük vururlar və bu da onlara baha başa gəlir. Yol polisləri onlara birinci dəfə 600 manat, bu hal ikinci dəfə təkrarlanarsa 1200 manat cərimə yazır.
Baş Dövət Yol Polis İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, ötən gün bir qrup şəxsin sözügedən məsələ ilə bağlı müraciəti nəzərə alınaraq onlar tərəfindən seçilmiş nümayəndə rəhbərlik tərəfindən qəbul olunaraq dinlənilib. Qəbul zamanı qaldırılan məsələ ilə əlaqədar qanunvericilikdə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarında, DYP-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalar barədə onlara ətraflı məlumat verilib.
 Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayın ilk günü hava necə olacaq? -PRQONOZ
İtkin düşən gənc tapıldı
Gəncədə ağır qəza: ölən var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü