Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82332
az

Zəlzələdən möcüzəvi foto:Hər yer dağıldı,yalnız bu hissə sağ qaldı (FOTOLAR)

16:2210 Fevral, 2023
368
REDAKTORUN SEÇİMİ
  • A

Kahramanmaraş mərkəzli zəlzələlərdə bir çox binanın dağıldığı Malatyada 5 mərtəbəli binanada möcüzə yaşanıb.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər  verir  ki, həmin gün 7,6 bal gücündə  baş verən ikinci zəlzələdə tamamilə dağılan binadan yalnız yanğından xilasetmə pilləkənləri sağ qalıb.

Binanın yerləşdiyi məhəllədə yaşayan Halil Özgün bina dağılanda  binaya çox yaxın olduğunu, dağıntılar altında qalmadığı üçün şükür etdiyini bildirib.

İlk zəlzələnin böyük fəsadlar törətdiyini izah edən Özgün dağılan binanın yanındakı mənzildə yaşadığını, ikinci zəlzələdən sonra məscidə ciddi ziyan dəydiyini, yanındakı binanın da dağıldığını bildirib.

Hələ nəzarət olmadığı üçün öz evlərinə girmədiklərini bildirən Özgün, "İkinci zəlzələ də çox güclü oldu. İkinci zəlzələdə bina dağıldı. Zəlzələ zamanı mən də orada idim, şükür etdik. ki, biz sağ qala bildik”.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir yeni qərar imzaladı
Əhaliyə xəbərdarlıq edildi - SEL GÖZLƏNİLİR
Günel Cavadxanın ölüm səbəbi bəlli oldu