Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82327
az

Litva "Bofors L70" zenit silahlarını Ukraynaya təhvil verəcək

16:0210 Fevral, 2023
79
DÜNYA
  • A

Litva Ukrayna Silahlı Qüvvələrinə (AFU) 36 Bofors L70 zenit silahı təhvil verməyə başlayıb.

Oxu24.com xəbər verir  ki, bunu Litvanın müdafiə naziri Arvydas Anuşauskas Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikovla birgə keçirdiyi brifinqdə deyib.

"Biz artıq Ukrayna ərazisində işləməyə hazır olacaq 15 təlimatçının təlimini başa çatdırmışıq. Və biz artıq pilotsuz təyyarələrlə uğurla mübarizə apara bilən 36 kompleks təqdim edirik", - deyə  Litva Müdafiə Nazirliyinin rəhbəri bildirib.


Yanvarda Litva Ukraynaya İsveçin "Bofors" konserni tərəfindən istehsal olunan L70 avtomatik zenit silahları, döyüş sursatları və ümumi dəyəri 125 milyon avro olan iki Mi-8 helikopteri (təxminən 30 ildir istismar olunur) verməyə hazır olduğunu bəyan edib.

 Anusauskasın 2022-ci il dekabrın sonunda bəyan etdiyi kimi, Litvanın Ukraynaya göstərdiyi hərbi yardım 2023-cü ildə 300 milyon avronu keçəcək.

Bu il nazirin əvvəllər dediyi kimi, 40 milyon avro məbləğində hərbi təchizat planlaşdırılır və müharibə başlayandan bəri Vilnüs Kiyevə 283 milyon avro məbləğində hərbi yardım göstərib.

 

Tərcümə: Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Tayvanı tənqid edib
Avropa Ukrayna iqtisadiyyatını bərpa etməyin yolunu tapıb
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO