Bakı vaxtı ilə saat 09:30-a olan məlumata əsasən, mərkəzi Türkiyənin Kahramanmaraş vilayəti olan zəlzələlərdə 18 min 342 nəfər həyatını itirib, 74 min 242 nəfər isə yaralanıb.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra indiyədək ümumilikdə 1509 zəlzələ baş verib.
Türkiyədə baş verən zəlzələlərdə sonuncu məlumatlara əsasən 17 min 674 nəfər dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vitse-prezident Fuat Oktay məlumat verib.
O bildirib ki, xilas edilənlər və müalicəsi davam edənlərin sayı isə 72 min 879 nəfərdir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. On minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.
Oxu24.com
ŞƏRHLƏR