Zəlzələdən zərər çəkən Malatyada dağılmış binanın dağıntıları altında qalan Furkan və Doğukan qardaşları 82 saatdan sonra pişikləri ilə birlikdə xilas edilib.
Komandalar ilk olaraq dağıntılar altından yaralı 5 yaşlı Furkan Özbayı tibb işçilərinə təhvil veriblər.
Daha sonra qruplar Furkanın böyük qardaşı 11 yaşlı Doğukan və pişiyi Asiti xilas edib.
İki qardaş təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Dağıntılar altından çıxarılan pişik ərazidən qaçıb.
Qeyd edək ki, 120 kiloqram olan Doğukanın autizm xəstəsi olduğu bildirilib.
Oxu24.com
ŞƏRHLƏR