ABŞ Türkiyəyə nə qədər yardım göndərdiyini açıqlayıb.
Oxu24.com TRT Haber-ə istinadən xəbər verir ki,Ağ Ev axtarış-xilasetmə qruplarının Türkiyədə işlərini davam etdirdiyini və təxminən 77 ton xüsusi alət və avadanlıqların, o cümlədən beton qıran maşınlar, mişarlar, matkaplar, metal kəsən oksigen alətləri və tibbi avadanlıqların göndərildiyini açıqlayıb.
Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ prezidenti Co Baydenin Floridaya səfər edəcəyi təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində baş verənlərin “dağıdıcı” olduğunu bildirən Jan-Pier, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 159 personal və 12 xilasedici itdən ibarət iki axtarış-xilasetmə qrupunun dəstək vermək üçün Türkiyədə olduğunu bildirib
Zəlzələdən zərər çəkənlərin ehtiyaclarını qarşılamaq üçün sahədə çalışan ABŞ personalının olduğunu bildirən Jan-Pier, ABŞ-ın humanitar təşkilatlar vasitəsilə Suriyaya yardım etdiyini bildirib.
Jean-Pierre Türkiyənin yanında olduqlarını və hər cür kömək etməyə hazır olduqlarını vurğulayıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR