Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə daha bir ailə həlak olub. 6 uşaqları olan Hüseyn Huyluoğlu və həyat yoldaşı Merve Huyluoğlu 5 övladları ilə birlikdə Hataydakı dağıntılar altında qalıblar.
Oxu24.com xəbər verir ki, ailədən geriyə sadəcə beşəmlərdən biri, Məhəmməd adlı körpə qalıb.
Belə ki, 2020-ci ildə koronavirus epidemiyası səbəbilə beşəmləri ilə Səudiyyə Ərəbistanında təcrid olan Huyluoğlu ailəsi Türkiyəyə gətirilmişdi.
Lakin onlar qorxunc epidemiyadan qurtulmağa çalışarkən 3 il sonra övladları ilə birlikdə dağıntılar altında qalıblar. (Qafqazinfo)
Oxu24.com
ŞƏRHLƏR