Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82229
az

Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb

14:2909 Fevral, 2023
411
HÜQUQ
  • A

Ötən ay Hərbi Prokurorluq orqanlarının fəaliyyəti üçün uğurlu olub.

Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, eləcə də vətəndaş məmnunluğunun artırılması istiqamətində Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə mühüm işlər görülüb.

Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində bu ilin yanvarında qeydə alınmış cinayətlərin 100 faizi açılıb.

Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev Oxu24.com--a açıqlamasında deyib.

F.Əliyev bildirib ki, görülmüş işlərin, eləcə də Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə görülmüş tədbirlər nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə qeydə alınmış cinayətlər ümumilikdə 22,2 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 51,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz və ölümlə nəticələnən özünü öldürmə həddinə çatdırma cinayətləri 33,3 faiz azalıb.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+