Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82218
az

İran istintaqın gedişi barədə məlumat vermir

15:2109 Fevral, 2023
128
DÜNYA
  • A

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı yaralanan mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovun vəziyyəti yaxşıdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Oxu24.com-a açıqlamasında deyib ki, yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Terror hücumu ilə bağlı istintaqın gedişinə gəlincə, nazirlik sözçüsü bildirib ki, rəsmi Tehran bununla bağlı Azərbaycan tərəfinə heç bir məlumat vermir.

“İstintaqın gedişi ilə bağlı bizdə hansısa informasiya yoxdur”, - XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan Rusiya və Ukraynaya İstanbul təklif edir
Tramp Putindən sitat gətirir
Rus ordusu Makarovkanı mühasirəyə aldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi