Rusiya qırıcı təyyarələrlə bağlı rəsmi açıqlama verib.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki,Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Londonun Kiyevə mümkün qırıcı təyyarələr verməsi “yalnız münaqişəni uzadacaq”, bunu Kiyev üçün “daha ağrılı” edəcək, lakin “Rusiyanın məqsədlərinə çatmasına təsir etməyəcək”.
“London tərəfindən Kiyevə qırıcı təyyarələrin verilməsi məsələsinə baxılması Avropanın Rusiya ilə münaqişədə artan iştirakı kimi qəbul edilir, Avropada Rusiya ilə münaqişədə dolayı və birbaşa iştirak arasında sərhəd yox olur”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Böyük Britaniyaya səfəri zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunak müdafiə naziri Ben Wallace-ə Londonun Kiyevə hansı döyüş təyyarələrini təhvil verə biləcəyini araşdırmağı tapşırıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR