Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82191
az

SON DƏQİQƏ! Məşhur qadına cinayət işi açılıb

11:0409 Fevral, 2023
694
KRİMİNAL
  • A

Yazıçı Şəmsiyyə Bəylərqızı (Rzayeva) barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, qohumu Sadiq Hüseynova qarşı 50 000 manatlıq dələduzluqda ittiham olunur.

Belə ki, S.Hüseynovun müraciəti əsasında Xətai Rayon Polis İdarəsində araşdırma aparılıb. Araşdırmalardan sonra Ş.Bəylərqızı barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluq) ilə cinayət işi başlanıb.

İttihama görə, o, qohumu Sadiq Hüseynovu nüfuzlu dövlət qurumunda tikintilərə nəzarət komissiyasının üzvü vəzifəsinə işə düzəltdirəcəcəyinə vəd verib.

Vədin qarşılığında ondan 35 000 manat pul alıb. Hadisə ötən ilin mayında baş verib. 1 ay sonra isə lombarddan aşağı faizlə borc götürüb vermək imkanına malik olduğunu deyərək S.Hüseynovun daha 15 000 manat dəyərindəki qızıl-zinət əşyalarını ələ keçirib.

Xətai RPİ-də aparılan istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü olan Şəmsiyyə Bəylərqızı vaxtilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin həyat yoldaşı olub.

Bir müddət sonra səfir arvadını onun 741 min dollarını mənimsəməkdə günahlandırıb. Ş.Bəylərqızı bu ittihamla 10 il müddətə azadlıqdan məhrum edilib. 2019-cu ildə əfv olunaraq azadlığa çıxıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video
Teymur Kərimovun 9 il həbsi    tələb    edildi
Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş- Foto

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video